Friday, August 12, 2022

QARDABANİDƏ AİLƏ MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLİB

Written by  июля 02 2022
Rate this item
(0 votes)

Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının (GMQİ) təşkilatçılığı ilə

"Həyat tərzi" başlıqda ailə mövzusu ilə bağlı maarifləndirici seminar keçirilib.
Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümü gününə həsr olunan seminarda GMQİnin üzvləri Səbinə Rzayeva, Sahnaz Həsənova, Esmira Nəsibova və Gülsəfa Məmmədovanın çıxışları olub. Eyni zamanda projektorla Azərbaycandan Şahanə xanımın da söhbəti təqdim olunub.
Əl-hikmə Mərkəzinin konfrans zalında xanımların iştirakı ilə təşkil olunan seminarda Hz. İmam Əli (ə) və Hz. Fatimənin (s.ə) ailədə davranış tərzi, Ailə həyatının xöşbəxtliyinin sirləri, Ailə məişət zəminində yaranan ziddiyyətlərin amilləri və s. mövzularda ətraflı danışılıb. Eyni zamanda Gürcüstanda işıq üzü görən “Ailə sədəti kitabının təqdimatı olub. İştirakçılara türkcədən azərbaycancaya çevrilən bu kitabdan hədiyyə edilib.
Tədbirin sonunda qiyabi dini təlim proqramını bitirən oxuculara sertifikatlar təqdim olunub.

 

Read 95 times Last modified on Last modified on июля 02 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ