Friday, August 12, 2022

QARŞIDAN GƏLƏN QURBAN BAYRAMINIZ MÜBARƏK!

Written by  июля 08 2022
Rate this item
(0 votes)

Qurban bayramı fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik rəmzidir. Bu bayram üç səmavi dinin babası hesab olunan Hz.

İbrahimdən insanlara ortaq miras olaraq qalmışdır. Buna görə də Allahın yaratdığı olan Adəm övladları məlum Qurban hadisəsindən ibrət almalı, həyatlarında yaşamalıdırlar.

Mehriban Allahımızdan ölkəmizə və dünyaya sülh və əminamanlıq, bolluq və firavanıq, gözəl gələcək və xöşbəxtlik arzulayıram.
Qurban bayramı münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların, edilən dua və ibadətlərin Allah dərgahında qəbulunu, insanlara dünya və axirət səadətini arzulayıram!
Qarşıdan gələn ŞƏFQƏT, MƏRHƏMƏT VƏ BİRLİK BAYRAMINIZ MÜBARƏK!
 
KƏSİLƏN QURBANLIQLA BAĞLI BUNLARA DİQQƏT EDƏK:
   Qurbanlıq sağlam niyyətlə kəsilməlidir. Yəni yalnız ALLAH üçün olmalı, Allahın adı ilə kəsilməlidir;  
   Qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
   Kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
-Ən azı dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq.
  Qurban həddi-büluğa çatmış, ağlı başında olan müsəlman tərəfindən şəriətin buyurduğu yerdən kəsici iti alətlə kəsilməlidir;
Bu bayramın əsas mahiyyəti ALLAH yolunda kəsilmiş qurbanlıq heyvanın ətini ALLAHIN imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və ALLAHA inam, vəfa və sevgi durur.
Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, ikinci hissəsini yaxınlarına verə bilər, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

 

Read 80 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ