Friday, August 12, 2022

QARDABANİNİN AĞTƏHLƏ KƏNDİNDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  июля 19 2022
Rate this item
(0 votes)

Bu axşam Qardabaninin Ağ Təhlə kəndində Qədir-Xum bayramı münasibəti ilə mərasim keçirilib.

 

Rayon və ətraf kəndlərdən müsəlmanların dəvət olunduğu mərasimdə öncə məscidin axundu Məşədi Fəyaz Şahverdiyev məclis iştirakçılarını salamlayaraq mərasim haqda məlumat verdikdən sonra sözü Qurandan ayələrin tilavəti üçün Vidadi Qurbanova verib. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Gürcüstanın dəyərli ruhanilərindən Elçin Əliyev çıxış ediblər.
Çıxış edənlər bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib bu böyük bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. Allahın Peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəliklərdən danışıblar.
Bayram şirniyyat süfrəsi ətrafında keçirilən mərasimdə şeir və İlahilərlə davam edib və mərasim sonda Fərəc duasının oxunması ilə başa çatıb.

 

Read 42 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ