Friday, August 12, 2022

MARNEULİNİN ARAFLI KƏNDİNDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  июля 20 2022
Rate this item
(0 votes)

Marneuli rayonunun Araflı kəndində Gürcüstan Müsəlmanları İdarəsi və “Əhli-beyt” Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qədir-Xum” bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə din xadimləri, millət vəkili, rayon rəhbərliyinin əməkdaşları, bələdiyyə nümayəndələri, Marneuli rayon, Araflı və ətraf kəndlərdən inanclı şəxslər iştirak edib.

Taleh Binnətovun aparıcılığı ilə keçirilən tədbir Quran müəllimi Rəşad Əliyevin Qurani-Kərimdən bir neçə ayənin tilavəti ilə başlayıb. Sonra Araflı kənd məscidinin axundu Mir Aqa Hüseynov, Marneulidə yerləşən İmam Əli (ə) adına məscidin axundu və imam Cüməsi Hacı Hacıyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Oxuinfo.com saytının rəhbəri din xadimi Ramil Qəhramanov, Axılı Mahmudlu kəndinin axundu Kərbəlayi Fariz Hüseynov və başqaları çıxış ediblər.
Çıxış edən din xadimləri bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti və imamət məqamının önəmindən danışıb, Quranın son ayəsi və Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.
Təbrik üçün kürsüyə dəvət olunan Gürcüstan parlamentinin millət vəkili Zaur Darğallı da öz növbəsində iştirakçıları salamlayaraq təbriklərini çatdırıb. Belə tədbirlərin keçirilməsinin dini-mənəvi dəyərlərin dirçəlişi baxımından önəmli olduğunu bildirib.
Tədbirdə ötən ay keçirilən kitab yarışmasının qaliblərinə və adları Əli olanlara hədiyyələr təqdim olunub.
Dəyərli şairlərin şeirləri və əhlibeyt Məddahı Səid Həsənin ifaslnda İlahilərlə davam edən tədbir Kərbəlayi Seyyid Rəhmanın Fərəc duası oxuması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram şirniyyat süfrəsinə dəvət olunublar.

 

Read 44 times Last modified on Last modified on июля 20 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ