Friday, October 7, 2022

MUDÜNYA ƏHLİ-BEYT (Ə) ASSAMBLEYASININ 7-Cİ ICLASI BAŞA ÇATIB

Written by  сентября 05 2022
Rate this item
(0 votes)

Ümudünya Əhli-Beyt (ə) Assambleyasının “Əhli-beyt (ə) ağıl, ədalət və ləyaqət mərkəzində” şüarı ilə keçirilən 7-cı iclası başa çatıb.

 

1 Sentyabr tarixində başlayan iclasda İran İslam Respublikasının prezidenti İbrahim Rəisi, Assambleyanın baş katibi Ayətullah Ramazani və tanınmış dini şəxsiyyətləri ilə birlikdə dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş qonaqlar iştirak ediblər.
Dünynın 118 ölkəsindən 400-ə yaxın dini rəhbər, alim və şəxsiyyətlər qatıldığı, 4 Sentyabr tarixinə qədər sürən iclasda müxtəlif çıxışlar edilib. Ümumi iclas və bir neçə komissiyalar çərçivəsində də İslam dünyasının problemləri müzakirə edilib və həll yolları haqda fikir mübadiləsi aparılıb.
Bu mötəbər iclasda Gürcüstanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Əhli-Beyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov və Əhli-beyt hikməti təşkilatının sədri Hacı Namiq Hüseynov təmsil edib.
İclasda Gürcüstanda çap olunan dini nəşrlər sərgilənib. Şeyx Ramin İgidov Əlaqə və kommunikasiya komissiyasının birinci katibi olaraq iştirak edib.

 

Read 75 times Last modified on Last modified on сентября 05 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ